10 noyabr 2010 16:23
Şahin DİNİYEV: O sübut edir ki, yerli məşqçilərə etimad göstərilir
Rusiyanın "Terek" klubunun məşqçisi, Azərbaycan yığmasının sabiq çalışdırıcısı Şahin Diniyev azerisport.az saytına müsahibə verdi.
Bakıya ailə məsələlərinə görə gəlmisiniz?
Bəli. Bəzi problemləri həll etdim və artıq çərşənbə günü Qroznıya yollanacaq. Qarşıda bizi "Anjı" ilə çətin oyun gözləyir, hazırlaşmaq lazımdı.
"Terek" evdə daha yaxşı oynayır. Deməli "Anjı"-nı çətin həyat gözləyir?
Nəticədən asılı olmayaraq, "Terek" 9-cu yerdə qalacaq. Biz heçnə qazanmırıq, heçnə itirmirik. Buna görə də bizə bu oyunda "Anjı"-dan daha rahat olacaq. Çünki onlar turnir cədvəlinin son pillələrinə çox yaxındır. Lakin, mən əminəm ki, rəqib müdafiədən oynayacaq, ilk görüşdə olduğu kimi.
Deməli Mahir Şükürovun oynayacağını əminliklə söyləmək olar.
Bəli, Haci Haciyev Mahiri müdafiəçi qismində istifadə edir. Düşünürəm ki, Qroznıda Şükürov meydana çıxacaq. Eşitmişəm ki, bir neçə oyunu xəstələndiyinə görə buraxmalı olub. Amma bu cür görüşlərdə Şükürov səviyyəli müdafiəçilər lazımdır.
Bununla belə, "Anjı"-nın baş məşqçisi Haciyev hesab edir ki, Mahir formada deyil.
Son müsahibədə görünrüdü ki, Haciyev Mahirin Bakıya tez-tez getməsindən narazıdır. Rusiyada belədir ki, əgər oyunçu heç olmasa bir məşqi buraxırsa, o zaman formasını itirə biləcəyi ilə bağlı ehtiyat yaranır.
Bu oyunda "Terek"-in şansları haqqında nə deyə bilərsiniz?
Artıq qeyd etdim ki, biz daha rahat oynayacayıq. Amma digər tərəfdən, motivasiya ilə bağlı problemlər yarana bilər. Buna görə də oyunçuların hazırlığında kiçik çətinliklərlə üzləşmişik.
Siz "Terek"-də qalıb-qalmayacağınıza artıq qərar vermisiniz?
"Terek"-in son oyunu noyabrın 28-də baş tutacaq. Bundan sonra hamı məzuniyyətə çıxacaq. Hələlik heç bir qərar almamışam. Müqavilənin bitməsini gözləyirəm.
Nəyə görə siz Qazaxıstanın "Atırau" klubunun təklifindən imtina etdiniz?
Menecer məni tapıb bu təklifi irəli sürdü. Lakin mən onu qəbul etmədim. "Terek"-lə qüvvədə olan müqaviləm var. Komandanı yarı yolda tərk etmək istəmirdim.
Siz artıq bir neçə gün Bakıda idiniz. Ölkə çempionatın oyunlarına baxa bildiniz?
"Neftçi" – "İnter" görüşünə baxdım. Açığı deyim, sürət çatışmamazlığı dərhal nəzərə çarpdı. Müasir futbolda bu amil çox vacibdir. Amma Arif Əsədovun uğuruna sevinirəm. O sübut edir ki, yerli məşqçilərə etimad göstərilir.
Buna baxmayaraq, yerli mütəxəssislərin çoxları işsiz qalır...
Turnir cədvəlinə baxıb görürəm ki, ilk "altılığda" Arif Əsədov, Nazim Süleymanov, Qurban Qurbanovun komandaları qərarlaşıb. Deməli, onlar öz işini bilir. Əcnəbi həmkarlarıma qarşı əleyhinə deyiləm. Axı onların günahı yoxdur ki, yerli mütəxəssislər işsiz qalır. Bu işləri qeyri-peşəkar qurulmuş klubların problemidir. Bizdə klublarda bir-iki nəfər rəhbərlik edir. Belə olmaz. İdarə Heyəti olmalıdır... Problemlər bir nəfərin qərarıilə ilə deyil, birgə həll olunmalıdır.
