10 noyabr 2010 16:57
Əfran İsmayılov: Heç kəs belə olacağını qabaqcadan deyə bilməzdi
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov komandasında zədəli futbolçularla və yeni oyunçuların dəvət olunması ilə bağlı azerisport.az saytına öz fikirlərini bildirdi. "Ola bilsin ki, yanvarda heyətə yeni futbolçular cəlb olunacaq. Adətən "Qarabağ" belə problemlərlə mövsmün gedişi zamanı üzləşir. Sadəcə bu dəfə zədəli oyunçuların sayı həddən dərəcə çoxdur. Heç kəs belə olacağını qabaqcadan deyə bilməzdi", - İsmayılov dedi.
