10 noyabr 2010 17:05
Qarabağ – İnter oyununun keçirilmə vaxtı dəyişdirilib
Azərbaycan çempionatının 16-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" – "İnter" görüşün tarixi dəyişdirilib. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, həmin oyun dekabrın 5-i deyil, 4-ü keçiriləcək. Bu onunla bağlıdır ki, ağdamlılardan başqa həmin gün Tofik Bəhramov adına Respublika stadionunda "Bakı" klubu da öz oyunu keçirməlidir.
