10 noyabr 2010 20:19

Berti FOQTS: Ola bilsin ki, bu azərbaycanlıların mentalitetidir

Azərbaycan yığmasının Bakıda keçirilən təlim-məşq toplanışı zamanı millinin baş məşqçisi Berti Foqts Holiday İnn mehmanxanasında mətbuat konfransını verdi.

"Rəqibimiz – Çernoqoriya yığması – çox güclü komandadı. AVRO-2012-nin seçmə qrupunda liderdi. İngiltərədə məğlub olmadılar, hətta qələbə qazana bilərdilər. Şadam ki, belə rəqibə qarşı oynayacayıq", - azerisport.az xəbər verir ki, bunu Foqts dedi.
 
Zədəli futbolçularla bağlı nə deyə bilərsiniz?
Əgər Vaqif Cavadov çempionatın qarşıdaki turunda oynamasa, onu Çernoqoriyaya götürməyəcəyik. Bunu Rəşad Sadıqov barəsində də deyə bilərəm. Onlardan başqa kifayət qədər zədəli futbolçularımız var – Samir Abbasov, Fabio Luis Ramim. Əvəzində gənc futbolçular üçün özünü göstərməyə fürsət var. Güman etmirəm ki, bu "seçmədə" biz yalnız 13-14 futbolçu ilə oynayacayıq.
 
Çernoqoriya seçmə qrupumuzdaki hansı rəqibə daha çox yaxındı?
Oyun üslubu ilə - Avstriyaya. Çernoqoriyanın bir çox futbolçuları aparıcı çempionatlarda çıxış edir və sürətli futbol oynayır.
 
Azərbaycan klublarının legionerlərindən ibarət olan komandaya qarşı oynamaq fikiri sizdə olubmu?
Bir dəfə Almaniyada mən bunu etdim. Xeyriyyə oyunu tamaşaya çevrildi. Bir də bunu təkrarlamaq istəmirəm. Bu heç kəsin xeyirinə deyil.
 
Türkiyə ilə oyundan öncə Rəşad Sadıqovun oyun formasına şikayət edirdiniz. Bəsi indi bu haqda nə düşünürsünüz?
Bu barədə ətraflı danışmaq istəməzdim. Rəşad təcrübəli oyunçudur. Mən isə öz yetirmələrim haqqında mətbuatda danışmağa sevmirəm. O nəyə qadir olduğunu və futbol oynamaq arzusunu yaxşı bilirəm. Düzdü, azərbaycanlı futbolçular tez bir zamanda arxayınlaşır. Ola bilsin ki, bu azərbaycanlıların mentalitetidir.
 
Yeri gəlmişkən, "Qəbələ"-nin müdafiəçisi Lyubo Baranin Azərbaycan yığmasında çıxış etmək istədiyini bildirdi. Ona diqqətinizi yönəldəcəysiniz?
Onunla tanış deyiləm, lakin həftə sonu "Qəbələ"-nin oyununa baxacam. Mən yerli, gənc futbolçuların tərəfdarıyam. Onlar bayraq və vətən uğrunda daha böyük istəklə mübarizə aparır. Lyubo isə xüsusi bir oyunçu olmalıdır ki, biz onu götürə bilək. Axı bizim hələ gənclər yığmamız da var.
 
Deməli Fabio Luis Ramim də lazımi səviyyədə deyil. Ən azı ona görə ki, o qabaqları sərgiləmir futbolu artıq göstərmir.
Mən onu çağıran o yaxşı oyunçu idi. Xoşbəxtlikdən, gənc futbolçular inkişaf edir. Fabio onlardan geridə qalır. Ola bilsin ki gələcəkdə ondan imtina edim. Gənclər bilməlidir ki, məşqdən sonra da qalıb çalışmaq lazımdır. Rauf Əliyev, Maksim Medvedev öz imkanların 60% göstərir. Təəssüf ki, indi gənc futbolçuların əksəriyyəti ehtiyatda oturur. Və hətta əvəzedici komandaya da getmirlər ki, formalarını saxlasın. Bu yaxınlarda "Manchester United" klubunda idim. Orada əsas heyətə düşməyən futbolçular, ikinci komandaya göndərirlər.
 
Bizim futbolçularımız əvəzedicilərin formasını geymək tərəfdarı deyil...
Əvəzedici komandada oynamaq cərimə deyil. Bu əsas heyətə qayıtmaq şanısıdır. Əgər məşqçi öz oyunçusunu ikinci komandaya göndərə bilmirsə, o zaman mənim sözüm yoxdu. Elə çıxır ki, o pis çalışır. Futbolçular özündən razı olmamalıdı. Onlar gərək öz üzərində çalışsın.
 
Noyabrın 17-də kapitan kim olacaq?
Kimisə taparam (gülür). Ola bilsin ki, Rəşad Sadıqov bizimlə getsin. Əks halda, başq bir oyunçunu taparıq.
 
Podqorisedə heyətlə eksperiment aparacaqmısınız?
Bəzi mövqelərdə yeni oyunçuları görəcəksiniz. Həmçinin bizdə itkilər var. Buna görə  də bu bəzi futbolçular üçün yaxşı bir fürsətdi.
 
AFFA sizdən nəticə tələb edir. Bəs siz bunun əvəzinə yığmanın hazırlığını aparmaq üçün yaxşı şərait tələb edirsinizmi? Axı Zabratdaki stadionun qazonu həddən dərəcə pis vəziyyətdədir...
Bu böyük problemdir. Tezliklə Rövnəq Abdullayevlə görüşəcəm. Biz klubları məcbur etməliyik ki, onlar meydanların sayını artırsın. Qoy onlar oyunçuların maaşını azaltsın, əsas odur ki, meydan tikilsin.
 
Mahir Şükürov "Anjı"-nın son oyunlarını alleqiya səbəbindən buraxmalı oldu. Onun baş məşqçisi bildirdi ki, Mahir formada deyil. O Podqorisedə oynayacaqmı?
Bunu oyun öncəsi qərar verəcəm. Nəyə görə oynamadığını bilirəm. Bizdə üç məşq planlaşdırılıb.
 
Türkiyə ilə oyundan sonra uğurlu nəticələrin davamı olacaqmı?
İlk növbədə, oyunçuları tərifləməyin. Sizi oxuyaraq, onlar hər şeyə inanır və özündən razı qalır. Məğlubiyyətdən sonra tənqid etmək olar, lakin orta nöqtəni tapın. Yığma və mətbuat arasındaki münasibət yaxşıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.