10 noyabr 2010 00:05
Diyeqo Milito İngiltərəyə keçə bilər
İtaliyanın "Inter" klubunun hücumçusu Diyeqo Milito İngiltərənin "Tottenham" komandasının maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, London təmsilçisi arqentinalı forvarda görə 15 milyon avro təklif edir. Lakin "neradzurri" bu məbləğin əvəzinə Qaret Beylı istəyir.
Qeyd edək ki, Rafael Benitesin "Inter"-ə gəlişindən sonra ötən mövsümün ən yaxşılarından biri olan Milito əsas heyətdən çox vaxt kənar qalır.
Mənbə: Forfortwo
