10 noyabr 2010 00:23
Real daha bir "qırmız şeytanı" hədəfə alıb
İspaniyanın "Real" klubu özünə yeni transfer məqsədi tapıb. Azerisport.az xəbər verir ki, "Kral klubu" İngiltərənin "Manchester United" komandasının hücumçusu Ueyn Runinin transfer etməkdə uğursuzla üzləşdiyinə görə öz diqqətini digər "qırmızı şeytana" – Xavyer Ernandesə yönəldib. Lakin mankunianlar Meksika yığmasının futbolçusu ilə böyük ümidlər bağlayır. Buna görə də gözlənilir ki, "qalaktikos" növbəti dəfə uğursuzluqla üzləşəcək.
Mənbə: Cadena Ser
