10 noyabr 2010 12:20
Rauf Əliyev: Komandamın uğurunu şəxsi nailiyyətimdən daha üstün sayıram
Azərbaycanın "Qarabağ" klubunun forvardı Rauf Əliyev son turda MOİK-lə oyunda etdiyi dubldan sonra daha çox qol vurmaq niyyətində olduğunu bildirdi. "Son turda ilk dəfə Premyer-liqada dubl etdim. Hətta het-trik etmək imkanım da oldu. İnanıram ki, getdicə daha qol vuracağam. Ötən mövsümlə müqayisədə indi meydana daha çox çıxıram. Qurban müəllimin mənə inanması məni daha da yaxşı oynamağa kökləyir. İnşallah, bu il hədəfim ən azı 10 qol vurmaqdı. Təbii ki, ilk növbədə "Qarabağ"-ın uğuru daha önəmlidi. Komandamın uğurunu şəxsi nailiyyətimdən daha üstün sayıram", - azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunun Əliyev dedi.
