10 noyabr 2010 00:30
"Azərbaycanlı məşqçilər öz işini bilir"
Rusiyanın "Terek" klubunun məşqçisi, Azərbaycan yığmasının sabiq çalışdırıcısı Şahin Diniyev ölkəmizdə çalışan yerli və əcnəbi məşqçilərlə bağlı azerisport.az saytına öz fikirlərini bildirdi.
"Turnir cədvəlinə baxıb görürəm ki, ilk "altılığda" Arif Əsədov, Nazim Süleymanov, Qurban Qurbanovun komandaları qərarlaşıb. Deməli, onlar öz işini bilir. Əcnəbi həmkarlarıma qarşı əleyhinə deyiləm. Axı onların günahı yoxdur ki, yerli mütəxəssislər işsiz qalır. Bu işləri qeyri-peşəkar qurulmuş klubların problemidir. Bizdə klublarda bir-iki nəfər rəhbərlik edir. Belə olmaz. İdarə Heyəti olmalıdır... Problemlər bir nəfərin qərarıilə ilə deyil, birgə həll olunmalıdır", - Diniyev vurğuladı.
