10 noyabr 2010 12:56
"Azərbaycana məğlub olmaq dünyanın sonu demək deyil"
Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi hesab edir ki, Türkiyənin Azərbaycana AVRO-2012-nin seçmə mərhələsində məğlub olması faciə etmək lazım deyil. "Azərbaycana məğlub olmaq dünyanın sonu demək deyil. İrəliyə baxmaq və nəticə çıxartmaq lazımdır. Kağızda biz qrupda ikinci olmaq şansımız var. Deməli bunun üçün mübarizə aparmağ lazımdır. İkinci yeri necə tutacağımızı düşünməliyik", - azerisport.az Fanatik-ə istinadən xəbər verir ki, bunu Şenol Güneş dedi.
