11 noyabr 2010 13:00
"Baş məşqçidən çağırılmamağımı xahiş etdim"
Azərbaycanın "Neftçi" klubunun müdafiəçisi İqor Mitreski bildirdi ki, o Makedoniya yığmasının baş məşqçi Mirsa Yonuzdan komandaya çağırılmamasını xahiş etdi.
"Açığı, baş məşqçimiz Mirsad Yonuzdan Albaniya ilə görüşə çağırılmamağımı xahiş etdim. Lakin o, ixtiyarında heç olmasa iki təcrübəli futbolçunu görmək istədiyini bildirdi. Düzdür, Albaniya ilə görüşdə yığmaya namizəd olan gənc futbolçulara üstünlük veriləcək. Ancaq təbii ki, heyətdə bütünlüklə gənclərə şans vermək mümkün deyil", - azerisport.az "Neftçi"-nin rəsmi saytına istinadən xəbər verir ki, bunu Mitreski dedi.
