11 noyabr 2010 13:46

Vinfrid ŞEFER: Çempionatın liderləri bizim gücümüzü görməyə hazırlaşsın

Azərbaycanın "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer azerisport.az sayına müsahibə verdi.

"Şuşa" ilə yoldaşlıq oyunu keçirərək, meydana əvəzediciləri buraxdınız. Bu nə ilə bağlıdır?
Ehtiyatda qalanları yoxlamaq istəyirdim. Həmçinin ikinci komandada oynayan gəncləri də meydana buraxdım. İkinci qolu Nurlan vurdu. Onun yaxşı göstəriciləri var. Lakin bu oyun onun gələcəyi baxımından o qədər də əhəmiyyətli deyil. Bu futbolçunu izləməkdə davam edəcəm.
 
Azərbaycan çempionatının son turunda komandanız "Gəncə"-ni məğlub etdi. Qarşıda "Qarabağ"-la oyun var. Ağdamlılar daha təhlükəli rəqibdir?
Açığı deyim ki, "Qarabağ"-dan çox xoşum gəlir. Orada həm yaxşı oyunçular yığışıb, həm əla məşqçi var. Yığmanın bir çox oyunçusu bu komandada çıxış edir və bir-birilərini əla başa düşür. Onlara 0:2 hesabı ilə məğlub olduğumuz oyunu yada salıram.
 
Revanş barəsində düşünürsünüz?
Xeyr. Bu cür fikirlər toparlamağa pis təsir edir. Beyin həmişə soyuq qalmalıdır.
 
Bəs qələbə qazanmaq niyyətiniz yoxdur?
Əlbətdə var. Hətta planımız da var. Amma onu sizə açıqlamayacam.
 
Planınız erkən qol vurmaqdı?
Əgər hesabı oyunun əvvəlində aça bilsək, o zaman təşəbbüsü ələ keçirə bilərik. Gərək müdafiədə diqqətli oynayaq və üç xal toplaya bilək.
 
Vaqif Cavadov bu dəfəki görüşü də buraxacaq?
O zədəli idi, buna görə də Gəncədə çıxış etmədi. Hələ Türkiyə ilə oyunda kiçik zədə almışdı. Vəziyyəti çətinləşdirmək istəmirdik. Hal hazırda o həkimlərin müşahidəsi altındadır. Çox ümid edirəm ki, "Qarabağ"-la oyunda Vaqif bizə kömək edəcəm.
 
Bəxtiyar Sultanovu əvəzediclər komandasına göndərdiniz. Hesab etmirsiniz ki, Lenadro Roşa ilə baş verən insident nizam-intizamın olmamasının əlamətidi?
Əksinə. O kodeksi pozdu və indi cəzasını çəkir. Elə intizam budur. Bu cür insident kütləvi xarakter daşımır.
 
Legionerlərin əksəriyyəti ümidləri doğrultmur – siz bununla razısınızmı?
Onların əksəriyyətini böyük ümidlərlə aldıq. Komandaya uğur əldə etməkdə kömək etməliydilər. Buna görə mən də bu cür vəziyyətdən razı deyiləm. Düşünürəm ki, hələ vaxt var və ilin sonuna qədər onlar özünü göstərə biləcək.
 
Bəs göstərə bilməsələr, o zaman onlarla ayrılmaq qərarını verəcəksiniz?
Yanvara qədər vaxt var. Onların gələcəyi ilə bağlı dərhal qərar vermək istəmirəm.
 
"Bakı"-nın turnir cədvəlindəki vəziyyəti sizi əsəbləşdirmir?
Əlbətdə. Axı biz bundan yaxşısına layiqik. Lakin meydanda oyun yoxdursa, xal haqqında danışmaq nəyə lazımdır? Amma mən ümid edirəm ki, "Gəncə" üzərində qələbə uşaqlara müsbət təsir edəcək.
 
Sizcə "Bakı" ilk "altılığ"dan kənarda qala bilər?
Bu barədə heş düşünmürəm. Hətta biz çempion olmaq şansını da itirməmişik. Buna görə də qabaqcadan nəticə çıxartmayın. "Bakı" hələ öz formasını yığır. Çempionatın liderləri bizim gücümüzü görməyə hazırlaşsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.