11 noyabr 2010 14:03
Kasilyas Mançesterə keçə bilər
İngiltərənin "Manchester City" klubu daha bir ulduz futbolçu ilə heyətini gücləndirmək istəyir. Azerisport.az xəbər verir ki, bu dəfə "City" İspaniyanın "Real" komandasının qapıçısı İker Kasilyasa gözünü qoyub. İspaniya yığmasının 29-yaşlı qapıçısında görə "şəhərlilər" 30 milyon avro ödəməyə hazırdır. Qeyd edək ki, bundan öncə məlumat verilidi ki, "ManCity" İtaliyanın "Juventus" klubuun qapıçısı Canluici Buffonla maraqlanır.
Mənbə: Forfortwo
