11 noyabr 2010 14:29
Milan ağır itkilərlə üzləşdi
İtaliyanın "Milan" klubu "Inter"-lə derbi ərəfəsində ağır itkilərlə üzləşdi. Azerisport.az xəbər verir ki, hücumçular Aleşandre Pato və Filippo İndzaqi noyabrın 14-də keçiriləcək derbidə zədə səbəbindən iştirak edə bilməyəcək.
Hər iki forvard A Seriyasının son turuna "Palermo" ilə oyunda (3:1) zədələnib. Pato 19-cu dəqiqədə fərqlənərk sonrada 65-ci dəqiqədə İndzaqi ilə əvəzləndi. Lakin sonunca meydanda cəmi 15 dəqiqə oldu.
Xatırladaq ki, bu qələbədən sonra "Milan" turnir cədvəlində "Lazio"-nu ötərək, liderliyi ələ keçirdi və hazırda "Inter"-dən 3 xal irəlidədir.
Mənbə: L`Unione Sarda
