11 noyabr 2010 14:59
Galatasaray yeni qapıçı tapdı
Türkiyənin "Galatasaray" klubu qapıçı axtarışlarını başa çatdırmaq üzrədir. Azerisport.az xəbər verir ki, "Cim-Bom" İtaliyanın "Roma" klubunun braziliyalı qapıçısı Aleksander Doni ilə prinsipcə razılıq əldə edib. 31-yaşlı qapıçının Türkiyədəki transfer danışıqlarını aparan meneceri Kahraman Arslanın sabah "Galatasaray" klubunun prezidenti Adnan Polatla görüşəcəyi və Doninin keçidi ilə bağlı müzakirələrdə son nöqtənin qoyulacağı gözlənilir.
Qeyd edək ki,Doni ilə 2+1 illik sistemi üzrə müqavilənin imzalanması nəzərdə tutulur.
Mənbə: Milliyet
