11 noyabr 2010 15:24
"Türkiyə üzərindəki qələbədən sonra özümüzə inam artıb"
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov noyabrın 17-də Çernoqoriya ilə keçiriləcək oyun barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "İnanın ki, bizim üçün rəqibin hansı status daşıdığını fərq etməz. Yaxşı futbol sərgiləyərək, qalib gəlmək istəyirik. Nəzərə alsaq ki rəqib ciddi bir komandadır qalib olmaq arzusu daha da artır. Türkiyə üzərində əldə etdiyimiz qələbədən sonra özümüzə inam artıb", - Abışov dedi.
