11 noyabr 2010 15:48
Qurban Qurbanov: Bu görüşdə hansı nəticə olacağını qabaqcadan demək çətindir
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov qarşıdaki "Bakı" ilə oyun haqqında azerisport.az saytına öz fikirlərini bildirdi. "Birinci dövrədə bu komandaya qarşı yaxşı hazırlıq keçirmək imkanımız oldu. Bu görüşdə hansı nəticə əldə olunacağını qabaqcadan demək çətindir. Biz qələbə də qazana, məğlub ola da bilərik. Baxaq görək oyun necə alınacaq", - Qurbanov dedi.
