11 noyabr 2010 16:15

Ruslan ABIŞOV: İnanmıram ki, Çernoqoriyada bu cür pis vəziyyətdə olan qazon tapılsın

Bakını "Neftçi" klubunun və Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibə verdi.

Çernoqoriya ilə yoldaşlıq görüşünə hazırlıq necə keçir?
Son məşqimizi və nə vəziyyətdə olan meydanda bu təmrinləri etdiyimizi görmüsünüz. Bu cür qazonda məşq etmək çox çətindir. Əlbətdə, buna baxmayaraq, səmərəli məşq etməyə çalışırıq. Əlimizdən gələni edirik.
 
Nəyə görə məşqi Zabrat qəsəbəsinin stadionunda keçirirsiz?
Səhər "Bakı"-nın bazasında məşq edirik, axşamlar isə burada. Çox çətindi. Belə meydanda məşqdən sonra hamımızın ayaqları ağrıyır. Şəxsən mən hesab edirəm ki, milli komandaya bu cür qazonda məşq etməməlidir.
 
Bəlkə sizi Çernoqoriyadaki qarşılaşacağınız şəraitə hazırlşadırırlar?
İnanmıram ki, Çernoqoriyada bu cür pis vəziyyətdə olan qazon tapılsın.
 
Heçnəyə baxamayaraq, komanda ilin son oyununa hazırlığını davam etdirir. Berti Foqts daha çox nəyə əhəmiyyət verir?
Prinsipcə, bu məşq ötən dəfəkilərdən fərqlənmir. Nəzərə alaraq ki bu hazırlıq turlar arası keçirilir, əsasən topla oyun üzərində çalışırıq. Ümid edək ki, son turda heç kəs zədə almayacaq. Bunsuzda xeyli itkilərimiz var. 
 
Futbolçular ilin son oyununa nə dərəcədə ciddi yanaşır? Həmçinin nəzər alsaq ki, bu yoxlama oyunu olacaq.
İnanın ki, bizim üçün rəqibin hansı status daşıdığını fərq etməz. Yaxşı futbol sərgiləyərək, qalib gəlmək istəyirik. Nəzərə alsaq ki rəqib ciddi bir komandadır qalib olmaq arzusu daha da artır. Türkiyə üzərində əldə etdiyimiz qələbədən sonra özümüzə inam artıb.
 
Azərbaycan yığmasının düşərgəsinə bu dəfə "Neftçi"-nin altı futbolçusu cəlb olunub. Klubun "Muğan"-la 13-cü turda keçirəcək oyunun hazırlığına necə təsir edəcək?
Düşünmürəm ki, bu toplanış bizə maneçilik törətsin. Hal hazırda həm yığmada, həm klubda oxşar hazırlıq keçirilir.
 
Bəlkə rəqibin o qədər də güclü olmamasıa görə bu sizi çox narahat etmir?
Kim dedi ki, biz bu klubu asanlıqla məğlub edəcəyik? Bizi ciddi rəqib gözləyir. Həmçinin oyun səfərdə baş tutacaq. Ötən mövsümdə "Muğan"-la görüşlərdə beş xal itirdik. Məncə bu çox şeydən xəbər verir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.