11 noyabr 2010 16:47
"Çernoqoriya ilə oyun heyəti yoxlamaq üçün əla şansdı"
Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyev millimizin Çernoqoriya ilə keçiriləcək oyun haqqında azerisport.az saytına öz fikirlrərini bildirdi. "Oyun çətin olacaq. Rəqib zəif deyil. Lakin bu yoldaşlıq oyunudur və heyəti yoxlamaq üçün əla şansdı. Rəsmi oyunlar zamanı bu cür imkan olmayacaq. Çernoqoriya ilə əldə olunacaq nəticəni qabaqcadan deyə bilmərəm, amma komandamıza çox çətin olacaq", - Diniyev dedi.
