11 noyabr 2010 00:03
Əfran İSMAYILOV: Çernoqoriyaya qalib gəlmək istəyiriksə, qol vurmaq lazımdır
Ağdamın "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibə verdi.
Zədənizin müalicə prosesi necə keçir?
Bir neçə gündür ki fərdi məşq edirəm. Lakin bu demək deyil ki, mən heyətə qayıtmışam. Sadəcə qaçıram və təmrinlər edirəm. Yaxınlarda baş məşqçi Qurban Qurbanovla söhbət edəcəm. Həkimlər məsləhət gördüki, əsas məşqlərə yanvarda başlayım. Buna görə də, meydana qayıdışım gələn ildən tez baş tutmayacaq.
"Qarabağ"-a isə futbolçu çatmır. Həmçinin əksəriyyəti yığmadadı.
Düşünürəçm ki, komanda artıq buna alışıb. Yanvara kimi dözmək lazımdır. Qarşımızda ilk "altılığa" düşmək məqsədi var. Buna isə komanda mənsiz də nail ola bilər.
Yeri gəmişkən, "Bakı" ilə oyun da "Qarabağ" üçün vacibdir.
Buu komanda həmişə təhlükəlidir. Hətta çətin vaxtlarında belə "Bakı" rəqibindən daha yaxşı oynaya bilər. Problemlərə gəldikdə isə, onlar hamıda var. Sadəcə olaraq "Qarabağ" problemlərindən danışmağa sevmir. Bizim işimiz – futbol oynamaqdır. Buna görə "Bakı"-nı məğlub etməliyik.
"Altılığ" uğrunda mübarizədə "Qarabağ"-ın əsas rəqibi kimdir?
"Bakı" və "Qəbələ". Bu komandalara qarşı xüsusi diqqətlə oynamaq lazımdır.
Düşünmürsünüz ki, komandaya "yeni qan" lazımdır?
Bu rəhbərliyin işidir. Ola bilsin ki, yanvarda heyətə yeni futbolçular cəlb olunacaq. Adətən "Qarabağ" belə problemlərlə mövsmün gedişi zamanı üzləşir. Sadəcə bu dəfə zədəli oyunçuların sayı həddən dərəcə çoxdur. Heç kəs belə olacağını qabaqcadan deyə bilməzdi.
"Bakı"-da sizin komandanızın keçmiş lideri Vaqif Cavadov çıxış edir. Bu "Qarabağ"-ın işini çətinləşdirməyəcəkmi?
Biz axı Cavadova deyil, "Bakı"-ya qarşı oynayacayıq. Vaqif əla futbolçudur və hələ öz komandasına xeyir gətirəcək.
Həmçinin siz Azərbaycan yığmasının Çernoqoriya ilə oyununu buraxacaqsınız. Komandamızı şansları haqqında nə deyə bilərsiniz?
Çernoqoriya məğlub etdiyimiz Türkiyədən zəifdir. Buna görə də bu ili qələbə ilə bitirmək şansı var.
Nəzər almaq lazımdır ki, rəqibin heyətində Vuçiniç, Yovetiç kimi futbolçular çıxış edir.
Onları necə saxlamaq lazım olduğunu Foqts deyəcək. Qoy onlar "Milan" və "Juventus"-a qol vurur, bu demək deyil ki, biz onlardan qorxmalıyıq.
Hesab etmirsiniz ki, millidə hücum xətti ilə müəyən problemlər var?
Bu dəfə forvardlar öz sözünü deməlidir. Əgər qalib gəlmək istəyiriksə, qol vurmaq lazımdır. Buna görə də Foqts Rauf Əliyevə şans versə, o qol vur biləcək. Çünki hazırda əla forma yığıb.
