11 noyabr 2010 12:31
Rəşad Sadiqov: Çernoqoriyadan yaxşı nəticə ilə qayıtmaq pis olmazdı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov Çernoqoriya ilə baş tutacaq yoldaşlıq oyunundan öncə komandanın hazırlıq prosesindən azerisport.az saytına danışdı. "Bu toplanış yorğunluq fonu üzərində keçdi. Futbolçuların bir çoxu klubdan yorğun vəziyyətdə gəlib. Lakin bununla heçnə etmək olmaz, ilin son oyununa hazırlaşmalıyıq. Bizə qarşı yaxşı rəqib tapılıb. Bu ili uğurlu nəticə ilə bitirmək istərdik. Buna görə də Çernoqoriyadan yaxşı nəticə ilə qayıtmaq pis olmazdı", - Sadiqov dedi.
