12 noyabr 2010 13:16
Alessandro Neftçi`yə 3 xal qazandırmaq istəyir
Neftçi`nin braziliyalı futbolçusu Alessandro Muğan`la sabah keçiriləcək qarşılaşmada ancaq qələbəyə oynayacaqlarını bəyan edib. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu sonuncu və qarşıdakı oyunlarla bağlı bunları bildirib.
"Son oyunumuz çox ağır keçdi. Meydançanın pis vəziyyətdə olması istədiyimiz futbolu nümayiş etdirməyə imkan vermədi. Matçda qol vurmaq üçün o qədər də imkanımız olmadı. Rəqib futbolçular bəzi epizodlarda çox kobud oynayırdılar. Mpenza cərimə zərbəsindən fərqlənməklə, komandamıza 1 xal qazandırdı. Nəticə bizim üçün pis deyil. Bu oyunu unudub, artıq qarşıdan gələn Muğan`la görüşü düşünürük. Arxada qalan oyunda buraxdığımız səhvləri nəzərdən keçirib üzərində çalışacağıq. Salyanda isə yalnız 3 xalı qazanmaq üçün oynayacağıq. Çünki bu görüşdə qələbə qazanmaqla yolumuza davam etmək istəyirik".
