12 noyabr 2010 13:30
Qarabağ Bakı`yla oyuna taktiki cəhətdən hazırlıqsız çıxacaq
Qarabağ Premyer Liqanın 13-cü turu çərçivəsində sabah qarşılaşacağı Bakı`yla oyuna hazırdır. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün paytaxt klubuyla oyunun son hazırlıqlarını da tamamlayaraq, matç saatını gözləməyə başlayacaq.
Bu məşq həm də Qurban Qurbanovun komandasının zolaqlılarla oyun üçün yeganə hazırlıq prosesi olacaq. Çünki komandanın 5 zədəli üzvüylə yanaşı millinin düşərgəsində olan 5 futbolçu da məhz bu gün oyunqabağı son məşqə çıxmaq imkanı qazanacaq. Belədə həftəboyu 12 futbolçusunun xidmətindən yararlana bilməyən Qarabağ taktiki cəhətdən hazırlaşmadan birbaşa Bakı ilə oyuna çıxacaq.
Qeyd edək ki, Bakı`yla münasibətlərinə sabah saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda aydınlıq gətirəcək ağdamlıların mərkəzi arenadakı son məşqi də elə bu gün 16:00-da baş tutacaq.
