12 noyabr 2010 13:51

Foqts Neftçi`nin 4 oyunçusunu `offsayd`da qoydu

Noyabrın 17-də, Bakı vaxtı ilə saat 16:00-da, Podqoritsa şəhərində Çernoqoriya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts gözlənildiyi kimi, zədədən əziyyət çəkən və son hazırlıq prosesindən də kənar qalan Rəşad Sadıqov, Branimir Subaşiç, Samir Abasov kimi futbolçulara ümumiyyətlə dəvət göndərməyib.
 
Digər maraqlı məqam isə Vaqif Cavadov, Fabio Luis Ramim, Araz Abdullayev və Rəşad Sadiqov kimi oyunçuların ehtiyat heyətə salınması və Çernoqoriyaya aparılmamasıdır. Bu mənada “Bakı”nın 3, “Neftçi”nin isə 4 oyunçusu Foqtsun etimadını doğrulda bilməyib.
 
Almaniyalı mütəxəssisin sərəncamında görmək istədiyi 17 futbolçu isə bunlardır:
 
Qapıçılar: Kamran Ağayev (XL), Fərhad Vəliyev (Qarabağ), Aqil Məmmədov (Bakı).
 
Müdafiəçilər: Saşa Yunisoğlu, Nodar Məmmədov (hər ikisi Qəbələ), Vladimir Levin (İnter), Ruslan Abışov (Neftçi), Vurğun Hüseynov (Turan), Elnur Allahverdiyev (XL).
 
Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Rahid Əmirquliyev (XL), Aleksandr Çertoqanov (İnter), Elvin Məmmədov (Qarabağ), Mahir Şükürov (Anji, Rusiya).
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi Qarabağ), Fərid Quliyev (Neftçi).
 
Ehtiyat heyət: Səlahət Ağayev (İnter), Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Vaqif Cavadov (hamısı Bakı). Ruslan Əmircanov, Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov (hamısı Neftçi). Rəşad Sadiqov (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.