12 noyabr 2010 14:24
Barca Hollandiya yığmasının futbolçusunu almaq istəyir
İspaniyanın "Barcelona" klubu Hollandiya yığmasının və "PSV Eindhoven" komandasının yarımmüdafiəçisi İbrahim Afellay ilə maraqlanır. Azerisport.az xəbər verir ki, Kataloniya təmsilçisi artıq konkret təklif edib.
Məlumata görə, "Barca" futbolçuya görə 4 milyon avroya yaxın məbləğ təklif edir. Qeyd edək ki, Afellayın "PSV" ilə müqaviləsi gələn ilin yayında bitəcək.
Mənbə: Voetbal International
