12 noyabr 2010 14:52
Xerard Pike: Hakimlər həmişə Real`ın tərəfini saxlayır
İspaniyanın "Barcelona" klubunun müdafiəçisi Xerard Pike bəyan etdi ki, hakimlər "Real"-a qarşı qərəzli mövqe tutur və çox vaxt "Kral klubu"nun xeyirinə "səhv edir".
"Çempionatımızda bu qədər təsadüf olmur. Etiraf etmək lazımdır ki, hakimlər hansısa bir epizodla bağlı qərar çıxardanda "Barcelona" və ya "Real"-ın statusunu nəzərə alır. Lakin bu komandalara bir-birinə qarşı oynayanda hakimlər daha çox "Real"-ın tərəfini tutur. Onlara həmişə daha çox kömək göstərilir. Hər şey hər zaman Madrid üzərində cəmləşir. Bunu hər kəs bilir. Lakin bu cür arzu olunmayan vəziyyətlərlə mübarizə aparmaq lazımdı", - azerisport.az xəbər verir ki, bunu Pike dedi.
Mənbə: AS
