12 noyabr 2010 14:56
Arif ƏSƏDOV: Bu, bizim üçün əla xəbər oldu
Neftçi`nin baş məşqçisi Arif Əsədov braziliyalı futbolçu Flavinyonun oktyabr ayında Premyer Liqanın ən yaxşı oyunçusu seçilməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən mərasimində o, cari mövsümdə artıq komandasının ikinci üzvünün ən yaxşı oyunçu seçilməsini paytaxt klubu üçün böyük hadisə adlandırıb:
`Flafinyonun ən yaxşı seçilməsi bizim üçün də əla xəbər oldu. Bu, bir daha Neftçi`nin seleksiya siyasətinin nə dərəcədə düzgün aparıldığını isbatlayır. Buna kimi Bahodir Nasimov da bu mükafata sahib çıxmışdı`.
