12 noyabr 2010 16:23
Çempionu biabır edən autsayderlə bacarmadı
Bu gün Premyer Liqada 13-cü turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, millinin Çernoqoriya ilə oyununa görə, bir gün öncəyə çəkilən turun açılış matçlarında AZAL MOİK-in, Gəncə isə Turanın qonağı oldu.
Bu qarşılaşmalar içərisində qərb derbisi prinsipiallığına görə daha böyük maraq doğursa da, liderlər qrupunda qərarlaşan AZAL-ın da ikinci pilləyə yüksəlmək şansını necə dəyərləndirəcəyi diqqət mərkəzinə idi. Nazim Süleymanovun komandasının hesabı erkən açması təyyarəçilərin asan qələbə qazanacağından xəbər verirdi.
Lakin fasilədən dərhal sonra penalti sayəsində hesabı bərabərləşdirən hərbçilər turun ilk sensasiyasının müəllifinə çevrildilər. Ən maraqlısı isə, AZAL-ın hətta son yarım saatı azlıqda keçirən bu rəqibi qarşısında qələbə qolunu vura bilməməsi oldu. Nəticədə MOİK cari mövsüm 5-ci xalını məhz iddialı rəqibi ilə qarşılaşmada əldə etdi. Bir neçə gün öncə son çempion İnter`i darmadağın edən (5:0) təyyarəçilər bu dəfə uzaqbaşı 1 xal sayəsində ikinci pilləyə yüksəlməsi ilə təsəlli tapa bilər.
Qərb derbisində isə daha güclü və üstün tərəf kimi görünən Gəncə`nin hesabı açmasına rəğmən, sonda meydanı məğlub tərk etməsi gözlənilməz alındı. İlk yarıda rəqibinə məğlub olan meydan sahibləri fasilədən sonra buraxılan qolun əvəzini artıqlamasıyla çıxmaqla, əzmkar qələbəyə imza atdılar.
Turan - Gəncə - 2:1
12 noyabr 2010. Saat 14:00. Tovuz şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Rza Məmmədov
Dördüncü hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqə: Rəşid Həsənov, 69; Vurğun Hüseynov, 76 // Junivan Suares, 76; Samir Zərgərov, 84; Zura Dzamsaşvili, 90+2
Qollar: Fərmayıl Əliyev, 62; Muammer Erdoğdu, 69 // Junivan Suares, 36
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
Turan: 85. Kamal Bayramov, 3. Vurğun Hüseynov (k), 4. Ruslan Namazov, 5. Muammer Erdoğdu, 11. Azər Məmmədov (15. Cavid Tağıyev, dəq.52), 14. Viktor Qonta, 16. Şalva Pirtsxalava (78. Romuald Onana, dəq.44), 18. Hafiz Əliyev, 21. Rəşad Orucov, 24. Georgi Çediya (17. Orxan İsmayılov, dəq.86), 45. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 7. Qalib Əmrahov, 9. Rəşad Piriyev, 19. Rəşid Həsənov.
Baş məşqçi: Revaz Dzodzuaşvili
Gəncə: 16. Xəyal Zeynalov, 2. Xəyal Mustafayev, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. Armand Feutchine, 6. Samir Zərgərov, 7. Ramal Hüseynov, 13. Zura Dzamsaşvili, 9. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 23. Junivan Suares (8. Georgi Seturidze, dəq.83).
Ehtiyat oyunçular: 1. Еdis Kurtanoviç, 5. Mətləb Məmmədov, 14. Rafael Əmirbəyov, 24. Levan Mdvinişvili, 3. Vasif Haqverdiyev, 20. Volodimir Kozlenko.
Baş məşqçi: Fuad İsmayılov
MOİK - AZAL - 1:1
12 noyabr 2010. Saat 14:00. “Şəfa” stadionu. 100 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Elman Musayev, Aleksandr Musatkin
Dördüncü hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Orxan Babayev, 36; Davud Kərimi, 89; Ceyhun Adışirinov, 90+3
Qırmızı vərəqə: Amiran Qventsadze, 60
Qollar: Nuran Qurbanov, 47 (p.) // Pius İkedia, 27
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
MOİK: 1. Amiran Qventsadze, 4. Vüqar Əsgərov, 6. Emin Mustafayev (5. Ceyhun Adışirinov, dəq.78), 7. Cavidan Ağayev (12. Davud Kərimi, dəq.61), 10. Anar Qasımov (11. Zaur Məmmədov, dəq.86), 13. Fərid Həşimzadə (k), 15. Elçin Həşimov, 17. Orxan Babayev, 19. Nuran Qurbanov, 24. Ramil Əliyev, 26. Ruslan Hüseynov.
Ehtiyat oyunçular: 3. Şamil Səlimxanov, 9. Nicat Tağıyev, 14. Cavid Rəhimov, 16. Nəriman Əzimov.
Baş məşqçi: Ramil Əliyev.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, (22. Anar Həsənov, dəq.20), 5. Aqil Nəbiyev (k), 9. Viktor İqbekoyi, 13. Draqan Mandiç, 14. Elvin Əliyev, 15. Qvidas Yuska, 17. Vüsal Qarayev (19. Hüseyn Axundov, dəq.35), 21. Mirko Bunyevçeviç (8. Eleandro Pema, dəq.70), 23. Pius İkedia.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 10. Nuqzar Kvirtiya, 16. Samir Abdulov, 20. Marius Kazlauskas.
Baş məşqçi: Nazim Süleymanov.
