12 noyabr 2010 16:41
`İkinci hissədə istədiyimiz kimi oynaya bilmədik`
“Bu günkü qarşılaşmada iki ayrı hissənin şahidi olduq”. Azerisport.az xəbər verir ki, bu sözləri Gəncə`nin baş məşçisi Fuad İsmayılov söyləyib.
Bu gün Premyer Liqanın 13-cü turu çərçivəsində Turan`ın qonağı olan və qələbəni əldən verən gəncəlilərin çalışdırıcısı daha sonra bunları vurğulayıb:
“İlk yarıda daha yaxşı futbol sərgiləsək də, fasilədən sonra istədiyimiz oyunu göstərə bilmədik. Çatışmazlıqlarımız var. Çalışacağıq onları aradan qaldıraq”.
