12 noyabr 2010 17:02
Liverpool Bayern`in zədəli hücumçusunu almaq niyyətindədi
İngiltərənin "Liverpool" klubu Almaniyanın "Bayern Münich" komandasının hücumçusu İvisa Oliçlə maraqlanır. Azerisport.az xəbər verir ki, 31-yaşlı xorvatiyalı forvard zədə aldığına görə altı ay ərzində futbol oynaya bilməyəcək. Lakin mersisaydlar buna fikir vermir. Qeyd edək ki, futbolçu 8 milyon funt sterlinqə qiymətləndirir.
Mənbə: Caughtoffside
