12 noyabr 2010 17:03
Belçika yığmasının heyəti açıqlanıb
AÇ-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Belçika yığmasının noyabrın 17-də, Voronej şəhərindəki Həmkarlar İttifaqının mərkəzi stadionunda Rusiya komandası ilə keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Azerisport.az-ın xəbərinə görə, rəqibimizin düşərgəsinə aşağıdakı futbolçular cəlb olunub:
Qapıçılar: Silvio Proto, Jan Fransis Gillet, Simon Miqnolet
Müdafiəçilər: Tobi Aldervereld, Vinsent Kompani, Nikolas Lombarts, Sebastyan Pocoqnoli, Laurent Siman, Daniel van Buyten, Vadis Odyidya-Ofoe
Yarımmüdafiəçilər: Stiven Defo, Aleks Vitsel, Maruan Fellaini, Conatan Leqe, Timmi Simons, Yan Vertonqen
Hücumçular: Eden Hazard, Romelu Lukaku, Kevin Mirallas, Marvin Oqunyimi, Yelle Vossen, Mussa Dembele, Byorn Vlemincki
