12 noyabr 2010 22:19
Nazim Süleymanov: Bu oyunda futbolçularım zəif çıxış etdi
“Eşitmək ayrıdır, dərk etmək ayrıdır. Yəqin ki, bu gün bizim futbolçularımız eşitdilər, ancaq dərk etmədilər”. Azerisport.az xəbər verir ki, bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov söyləyib.
Bu gün Premeyr Liqanın 13-cü turu çərçivəsində MOİK-lə heç-heçə etməklə, ciddi xal itkisiylə üzləşən təyyarəçilərin çalışdırıcısı daha sonra bunları qeyd edib: "Futbolda belə hallar olur. Bu oyunda oyunçularım zəif çıxış etdi, bunun da nəticəsində xal itirdik. MOİK isə öz əzmkarlığı hesabına 1 xal qazandı. Bu, futboldur, futbolda hər şey olur və bu hadisələrin baş verməməsi üçün günahı özümüzdə axtarmalıyıq".