12 noyabr 2010 22:44
Dzodzuaşvili komandasından da razıdı, hakimlərdən də
Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili bu gün Premyer liqanın 13-cü turu çərçivəsində Gəncə üzərində qazandıqları əzmkar qələbəylə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli gürcü mütəxəssis qarşılaşmadan sonrakı mətbuat konfransında bunları vurğulayıb:
"Bizim turnir cədvəlindəki vəziyyətimiz bizi qalib gəlməyə məcbur edirdi. Hakimlər də bu ağır oyunu gözəl idarə etdilər. Hakimlərdən də, komandamdan da razıyam. Hər kəsə uğurlar arzu edirəm".
