12 noyabr 2010 00:04
"Öz vəziyyətimdən narahatam"
Azərbaycan yığmasının və "Bakı" klubunun yarımmüdafiəçisi Fabio Luis Ramim nəyə görə qeyri-stabil oyun nümayiş etdirdiyini azerisport.az saytına danışdı.
"Öz oyunumdan narazıyam. Bunun səbəbi də var – zədə. Buna görə komandadan kənarda qaldım. İndi isə formamı yığmalıyam. Lakin bir neçə gün məşq etməyəndə, komanda yoldaşlarından geri qalırsan. Öz vəziyyətimdən narahatam. Buna görə də inadla hər gün məşq edirəm ki, ideal formamı yığım", - Fabio dedi.
