12 noyabr 2010 00:14

Qurban QURBANOV: Bu futbolumuzun ağrılı yeridi

Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibə verdi.

Oyunçuların beşi millidə, beşi isə zədəlidir. Bu cür vəziyyət gərginlik yaradır?
Və bu şəraitdə biz "Bakı" ilə oyuna hazırlaşırıq. Millinin oyunçularını gözləyirik. Görək hələ onlarn nə vəziyyətdə olacaq.
 
Bu oyuna 12 oyunçu ilə necə hazırlaşmaq niyyətindəsiniz?
Yaxşı hazırlıq üçün bu kifayət etmir. Komandanın yarısı olmayanda oyunçulara nə isə başa salmaq çətindir. Bu vəziyyətdə nədənsə danışmaq faydasızdır. Ən pisi odur ki, qarşıda bizi güclü rəqib gözləyir.
 
Nəzərə alsaq ki millinin oyunçuları yorğun qayıdacaq "Bakı" ilə oyunda əsas ümidləri kimə bağlayacaqsız?
Bu barədə hələ ki düşünürük. Hər şey millidən qayıdan futbolçuların durumundan asılı olacaq. Əgər hər şey pis olsa, o zaman əsas ümidlərimizi həftə boyu sərəncamımızda olan futbolçulardan istifadə edəcəyik.
 
Təxminən 20 gün əvvəl 2:0 hesabı ilə məğlub etdiyiniz komanda ilə necə oynayacaqsınız?
Birinci dövrədə bu komandaya qarşı yaxşı hazırlıq keçirmək imkanımız oldu. Bu görüşdə hansı nəticə əldə olunacağını qabaqcadan demək çətindir. Biz qələbə də qazana, məğlub ola da bilərik. Baxaq görək oyun necə alınacaq.
 
Bundan sonra hələ AZAL, "Neftçi" və "Inter" ilə oyunlar var.
Çətin görüşlərdi. Həmçinin AZAL ilə oyuna lazım olduğu kimi hazırlaşa bilməyəcəyik. Axı gələn həftə milli komandanın Çernoqoriya ilə görüşü var. Bu müddəti itkisiz keçmək istərdik. Lakin bunu etmək çətin olacaq.
 
Demək olarmı ki, bu oyunlardan sonra "Qarabağ" bu mövsümdə doğrudan nəyə layiq olduğu bilinsin?
Mən belə deməzdim. Bundan sonra da oyunlar olacaq. Qarşıda nə isə dəyişdirmək üçün vaxt və oyunlar olacaq.
 
Bu dəyişikliklər meydanların vəziyyətinə də toxunacaq?
Bu futbolumuzun ağrılı yeridi. Məni və ümumiyyətlə bir çoxlarını onların vəziyyəti razı etmir. Azərbaycan futboluna o qədər pul buraxılır, lakin meydanla bağlı məsələ problemli olaraq qalır.
 
Bəlkə süni örtüklərə keçək?
Xeyr. Mən bu cür qazonların qəti əleyhinəyəm. Əgər biz Avropa ilə rəqabət aparmaq istəyiriksə, deməli təbii qazonlarda oynamaq lazımdır. Onların keyfiyyəti üzərində çalışmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.