12 noyabr 2010 00:22
Nazim Süleymanov: Əsas odur ki ilk üçlüydəki mövqeyimizi möhkəmləndirək
Azərbaycanın AZAL klubunun baş məşqçisi Nazim Süleymanov ölkə çempionatının 13-cü turu çərçivəsində MOİK-lə keçiriləcək oyun haqqında azerisport.az saytına öz fikirlərini bildirdi.
"Hər oyun bundan əvvəl keçiriləndən vacibdir. Baxmayaraq ki, MOİK-lə oynamalıyıq, asan görüş olmayacaq. Rəqib heç də pis komanda deyil. Xal itirmək istəmirik. Həmçinin qələbə qazansaq ikinci yeri tuta bilərik. Lakin "Simurq"-a olan bütün hörmətimə baxmayaraq, çətin ki onlar "Xəzər-Lənkəran"-ı məğlub etsin. İndi əsas odur ki ilk üçlüydəki mövqeyimizi möhkəmləndirərək, mübarizəni davam etdirək", - Süleymanov dedi.
