12 noyabr 2010 12:28
XL – Simurq görüşü gözlənilməz hesabla nəticələnəcək
Azerisport.az saytına növbəti sorğu keçirilib. Bu dəfə oxucular "Azərbaycan çempionatının 13-cü turun hansı matçından sürpriz nəticə gözləyirsiniz?" sualına cavab verib. Onların fikirincə turun ən gözlənilməz nəticəsi "Xəzər-Lənkəran" – "Simurq" oyununda baş verəcək. Bu cavab səslərin 30% toplayıb. İkinci yerdə isə 26% ilə "Muğan" – "Neftçi" oyunu cavabı gedir. Digər nəticələr isə bunlardı: "İnter" – "Qəbələ" – 19%, "Bakı" – "Qarabağ" – 11%, MOİK – AZAL – 9%,"Turan" – "Gəncə" – 5%.
