13 noyabr 2010 14:27
Neftçi `ən yaxşı` oyunçusunu itirdi
Premyer Liqanın 13-cü turu çərçivəsində səfərdə Muğan`ın qonağı olan Neftçi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, matçın start heyətində yer alan paytaxt klubunun braziliyalı oyunçusu Flavinyo artıq 12-ci dəqiqədə zədələnərək, sıradan çıxıb.
Həkimlərin ilkin yardımından sonra oyuna davam edə bilməyəcəyi aşkarlanan futbolçunu Cavid Hüseynov əvəzləyib. Flavinyonun əsl durumunun nə dərəcədə ciddi olduğuna isə, sabah aydınlıq gətiriləcək.
Qeyd edək ki, Neftçi`nin üzvü dünən Premyer Liqanın oktyabr ayı üçün ən yaxşı futbolçu mükafatına layiq görülmüşdü. Lakin görünür həmin mükafat Flavinyo üçün heç də düşərli olmadı.
