13 noyabr 2010 17:01
Muğan`ın baş məşqçisi istefa verdi
Bu gün Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilən Neftçi ilə oyundan sonra Muğan`ın baş məşqçisi Almir Hurtiç istefa verib. Azerisport.az xəbər verir ki, buna bosniyalı mütəxəssisin çalışdırdığı komandanın doğma meydanda Neftçi`yə böyük hesabla (0:3) məğlubiyyəti səbəb olub. Lakin onun istefasının qəbul edilib-edilməyəcəyi hələlik dəqiq bilinmir.
