13 noyabr 2010 17:32
Asiya Çempionlar Liqasının yeni qalibi müəyyənləşdi
Asiya Çempionlar Liqasının yeni qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin final matçında Cənubi Koreya komandası Seongnam Ilhwa ilə İran təmsilcisi Zob Ahan Tokiodakı Milli Olimpiya stadionunda qarşı-qarşıya gəliblər.
Qarşılaşmanın ilk yarısında üstün olan tərəf Sengnam Ilhwa, 29-cu dəqiqədə Ognenovskinin qoluyla önə keçib. Bu qol eynı zamanda ilk 45 dəqiqənin nəticəsini elan edən qol olub – 1:0.
İkinci yarıya da üstün başlayan Cənubi Koreya təmsilcisi, Byunq-Kukun vurduğu qolla fərqi ikiyə çıkarıb. 67-ci dəqiqədə Xalatbarinin qoluyla fərqi azaldan Zob Ahan ümidlənsə də, 83-cü dəqiqədə səhnəyə çıxan Cheol-Ho, matçın nəticəsini elan edən qola imza atıb. Nəticədə Koreyalılar yeni Asiya çempionu adına sahib çıxıb.
