13 noyabr 2010 18:42
`Hakim Muğan`ın futbolçularına bir neçə epizodda qırmızı vərəqə verməli idi`
Premyer Liqanın 13-cü turunun Muğan - Neftçi oyunundan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Arif Əsədov oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis aşağıdakı məqamları qabardıb:
"Son vaxtlar mətbuatda da bildirirdim ki, Neftçi`nin futbolçularına qarşı kobud oynayırlar. Bunun bariz nümunəsi kimi Muğan`ın futbolçusunun Flavinyoya qarşı kobud oyununu göstərmək olar. Bundan əvvəlki görüşlərdə də rəqiblərin olduqca sərt oyunlarının şahidi olmuşuq. Premyer Liqada belə səviyyəli legionerlərin top qovması Azərbaycan futbolunun inkişafına xidmət edir. Bu cür oyunçuları qorumaq lazımdır. Hakimlər də belə epizodlarda diqqətli olmalıdırlar. Baş hakim Muğan`ın futbolçularına bir neçə epizodda qırmızı vərəqə verməli idi, amma bunu görmədik. Hakimin digər qərarlarına gəldikdə isə, hər halda biz qolu penaltidən vurmadıq. Oyunun nəticəsi də göstərdi ki, Neftçi Muğan`dan bir baş üstündür`.
