13 noyabr 2010 19:46
Qurbanov ilk qolda Fərhad Vəliyevi günahlandırdı
Premyer Liqanın 13-cü turu çərçivəsində Bakı`yla qarşılaşan və ki cavabsız qolla məğlub olan Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı nöqsanlarının çoxluğundan şikayətlənib:
“Bu günkü oyunda çoxlu səhvlərə yol verdik. Heç cür oyunda dönüş yarada bilmədik. Qolu da diqqətsizlikdən qol buraxdıq. Halbuki, Fərhad həmin epizodda topu çıxara bilərdi. Millinin təlim-məşq toplanışı ilə əlaqədar istədiyimiz kimi hazırlıq keçə bilməmişdik. Futbolçuların heç də hamısı bu oyuna hazır deyildi. Buna baxmayaraq, qarşıdakı oyunlara daha ciddi hazırlaşmağa çalışacağıq”.
