13 noyabr 2010 19:51
Şefer: Şadam ki, Qarabağ kimi komandaya qarşı belə gözəl oyun sərgilədik
Bakı`nın baş məşqçisi Vinfrid Şefer bu gün Qarabağ üzərində qazandıqları qələbəylə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis bunları ifadə edib:
“Şadam ki, Qarabağ kimi komandaya qarşı belə gözəl oyun sərgilədik. Ən vacib məsələlərdən biri ilk yarıda qapımızdan top buraxmamaq idi ki, yetirmələrim də bu vəzifənin öhdəsindən layiqincə gəldi. Onu da qeyd etmək lazımdır ki, belə qazonda baxımlı futbol sərgiləmək çox çətindir. Lakin buna baxmayaraq, bizim əlavə qol şanslarımız da oldu. Onlardan yalnız birindən istifadə edə bildik”.
