13 noyabr 2010 20:43
Mirça Rednik: Komandamızda hücumçu problemi var
`Bugünkü oyun çox çətin oldu. Simurq bizə qarşı var gücü ilə mübarizə apardı. Çox prinsipial komandadır`. Azerisport.az xəbər verir ki, bu sözləri Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik söyləyib.
Bu gün doğma meydanda Simurq`la qarşılaşan və minimal hesablı qələbəyə sevinən lənkəranlıların çalışdırıcısı daha sonra bunları vurğulayıb: `Komandamızda hücumçu problemi var. Son oyunda Uinston Parks da zədələndi. Bu səbəbdən əvəzedici heyətdən bir neçə futbolçunu əsas heyətə cəlb etdik. Komandamın oyunundan razı qaldım, futbolçularım oyun boyu durmadan çalışdılar. Qalib gəldiyimiz üçün həm komandama görə, həm də azarkeşlərimizə görə şadam`.
