13 noyabr 2010 20:49
`Xəzər Lənkəran`la oyunda sürprizə az qalmışdı`
Bu gün Premyer Liqanın 13-cü turu çərçivəsində səfərdə Xəzər Lənkəran`ın qonağı olan və minimal hesablı məğlubiyyətlə üzləşən Simurq`un baş məşqçisi Qyoko Haciyevski oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis sürprizin bir addımlığında bunu əldən verdiklərinə üzüldüyünü gizlətməyib:
`Bu gün çox çətin və gərgin keçən oyunun şahidi olduq. Xəzər Lənkəran`ı qələbə münasibəti ilə təbrik edirəm. Sürpizə çox az qalmışdı. Rəqibimiz çox güclüdür, Premyer Liqada öz sözünü demiş komandadır. Gənc müdafiəçimiz Elvin Yunusovun yaşının az olmasına baxmayaraq, çox gözəl çıxış etdi. Samir Əliyev də zədəsini tam sağaldıb və qarşıdakı oyunlarda da bizə kömək edəcək".
