13 noyabr 2010 21:18
Foqts daha 3 futbolçunu milliyə dəvət etdi
Noyabrın 17-də Podqoritsa şəhərində Çernoqoriya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasına daha üç futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, noyabrın 12-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilmiş Amit Quluzadə, Cavid Hüseynov və Vaqif Cavadov millinin əsas heyətinə çağırılıb.
Qeyd edək ki, Foqts öncə Çernoqoriyaya aparacağı heyətə 17 futbolçunun adını daxil etmişdi. Bu 3 oyunçuyla həmin siyahıdakıların sayı 20-yə çatdı. Almaniyalı mütəxəssisin Podqorotsaya aparmaq istədiyi oyunçuların tam siyahısı belədir:
Qapıçılar: Kamran Ağayev (XL), Fərhad Vəliyev (Qarabağ), Aqil Məmmədov (Bakı).
Müdafiəçilər: Saşa Yunisoğlu, Nodar Məmmədov (hər ikisi Qəbələ), Vladimir Levin (İnter), Ruslan Abışov (Neftçi), Vurğun Hüseynov (Turan), Elnur Allahverdiyev (XL).
Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Rahid Əmirquliyev (XL), Aleksandr Çertoqanov (İnter), Elvin Məmmədov (Qarabağ), Mahir Şükürov (Anji, Rusiya), Amit Quluzadə, Cavid Hüseynov (hər ikisi Neftçi).
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi Qarabağ), Fərid Quliyev (Neftçi), Vaqif Cavadov (Bakı).
