13 noyabr 2010 22:17
Toni Adams komandasını niyə şanslı hesab edir?
Qəbələ`nin baş məşqçisi Toni Adams bu gün İnter`lə oyundan sonra komandasının çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis xüsusilə ilk yarıda qol buraxmaqdıqlarına görə, özlərini şanslı hesab etdiyini vurğulayıb:
`İlk hissədə heç-heçə etdiyimiz üçün şanslıyıq. İnter çox güclü oynadı. Qapıçımızın da gözəl oyunu bizə kömək etdi. İkinci hissədə futbolçularımın göstərdiyi oyun məni razı saldı. İnter`ə növbəti oyunlarda uğurlar arzulayıram`.
