13 noyabr 2010 10:54
Rəşad Sadıqov bu günkü oyunda komandasına kömək edə bilməyəcək
Türkiyə Superliqasının son turunda Fenerbahce ilə oyunda zədələnən millimizin kapitanı Rəşad Sadıqov Eskişehirspor`un hazırlıq proseslərinə qatılmır. Azerisport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli oyunçumuz komandasının məşqlərindən kənarda qalıb.
Ümumi hazırlıqlardan kənarda qalması isə, Rəşadın bu gün keçiriləcək Antalyaspor ilə matçda iştirak etməyəcəyi anlamına gəlir.
Qeyd edək ki, Sadıqov zədə səbəbindən millimizin Çernoqoriya ilə oyununa da çağırılmadı.
Qeyd edək ki, Sadıqov zədə səbəbindən millimizin Çernoqoriya ilə oyununa da çağırılmadı.
