13 noyabr 2010 11:13

Hiddinkdən Türkiyə millisi üçün sürpriz heyət

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının 17 noyabrda keçiriləcək Hollandiya ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, yeni heyətdə olduqca sürpriz adlara rast gəlmək mümkündür.
 
Məsələ burasındadır ki, heyətə cəlb olunan 24 oyunçudan 9-u ilk dəfə “ay-ulduzlu” formanı geymək imkanı əldə edib. Amsterdamdakı oyuna aparılanlardan Kayserispor`lu Serdar Kesimal, Bursaspor'lu İbrahim Öztürk, Beşiktaş'lı Ersan Adem Gülüm, İstanbul Büyükşehir Belediyespor'dan Gökhan Süzen, Kasımpaşa'dan Yekta Kurtuluş, Manisaspor'dan Yiğit İncedemir, Gaziantepspor'dan Orhan Gülle, 1.FC Nurnberg'den Mehmet Ekici ve Trabzonspor'dan Engin Baytar, ilk dəfə milli forma geymək fürsəti yaxalamış olacaq.
 
Əvəzində hollandiyalı mütəxəssis Quus Hiddink bir çox aparıcı oyunçunun xidmətindən həmyerliləri ilə qarşılaşmada yararlanmaq istəməyib. Almaniya və Azərbaycanla oyunlara çağırılan 12 futbolçu bu dəfə dəvət almayıb. Bunlar Hakan Arıkan, Cenk Gönen, İbrahim Toraman, Mehmet Aurelio, Necip Uysal (Beşiktaş), Ömer Erdoğan (Bursaspor), Ceyhun Gülselam (Trabzonspor), Tuncay Şanlı (Stoke City), Halil Altıntop (Eintracht Frankfurt), Semih Şentürk (Fenerbahçe), Mevlüt Erdinç (Paris Saint-Germain) ve Sercan Yıldırımdır (Bursaspor).
 
Eyni zamanda Nihat Kahveci (Beşiktaş), Arda Turan, Hakan Balta (Galatasaray), Selçuk Şahin, Emre Belözoğlu ve Özer Hurmacı'nın (Fenerbahçe) da zədə ucbatından heyətə cəlb olunmadığını qeyd edək. Türkiyə millisinin son açıqlanan heyəti isə belədir:
 
Qapıçılar: Volkan Demirel (Fenerbahçe), Onur (Trabzonspor), Ufuk (Galatasaray).
Müdafiəçilər: Gökhan Gönül (Fenerbahçe), Sabri, Servet (Galatasaray), Serdar Kesimal (Kayserispor), İbrahim Öztürk (Bursaspor), Ersan, İsmail (Beşiktaş), Gökhan Süzen (İstanbul BŞB).
Yarımmüdafiəçilər: Hamit (Bayern), Yekta (Kasımpaşa), Selçuk (Trabzonspor), Yiğit İncedemir (Manisaspor), Orhan Gülle (Gaziantepspor), Nuri (Boruissia Dortmund), Mehmet Ekici (Nurnberg), İbrahim Akın (İstanbul BŞB), Engin (Trabzon).
Hücumçular: Batuhan (Eskişehirspor), Burak, Umut (Trabzonspor), Kazım (Fenerbahçe).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.