13 noyabr 2010 23:04
Rəşad Sadıqovsuz Eskişəhirspor`dan növbəti heç-heçə
Millimizin kapitanı Rəşad Sadıqovun komandası Eskişehirspor Türkiyə Superliqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin zədə səbəbindən top qovmadığı qarşılaşmada eskişəhirlilər Antalyaspor`la münasibətlərinə aydınlıq gətiriblər. Matç başladığı kimi də sona çatıb – 0:0.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran Eskişəhirspor elə 14-cü pillədəki mövqeyini qorumaqla təsəlli tapıb.
Qeyd edək ki, Sadıqov zədə səbəbindən millimizin Çernoqoriya ilə oyununa da çağırılmayıb. Onun yaşıl meydanlara nə vaxt dönəcəyi də dəqiq bilinmir.
