13 noyabr 2010 23:22

Qalmaqallı turda revanş da gerçəkləşdi, istefa da

Bu gün keçirilən 4 oyunla Premyer Liqanın 13-cü turuna tam şəkildə yekun vuruldu. Azerisport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında Bakı və Qarabağ üz-üzə gəlsə də, əsas olaylar Salyanda baş verdi.
 
Çünki günün ilk matçı həm məhsuldarlığı, həm də baş verən olaylarla zəngin oldu. Hər şeydən öncə onu vurğulamaq lazımdır ki, dünən Premyer Liqanın oktyabr ayı üçün ən yaxşı futbolçusu seçilən Flavinyo ciddi zədə alaraq, artıq 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qaldı. Bundan az sonra qarşılaşmanın baş hakimi penalti təyin etsə də, çempionatımızın və Neftçi`nin ən sərrast oyunçusu Bahodir Nasimovun zərbəsini qapıçı dəf etdi. Buna baxmayaraq, özbəkistanlı hücumçu cəmi 12 dəqiqə sonra rəqib torunu silkələməklə, hesabı açmağa və səhvini yumağa nail oldu.
 
Fasilədən sonra meydan sahibləri hesabı bərabərləşdirmək üçün çox çalışsa da, Neftçi buna imkan vermirdi. Epizodların birində - 75-ci dəqiqədə salyanlıların hücumu zamanı top bakılıların sol cinah müdafiəçisi Alessandronun əlinə dəysə də, hakim penaltini təyin etmədi. Həmin epizodda meydan sahiblərinin kəskin etirazı və buna görə matçın xeyli müddət dayanmasını da tam başa düşmək olardı. Çünki Anar Salmanovun da həmin qərarına görə başının ağrıyacağı istisna olunmur.
 
Təbii ki, həmin epizoddan sonra tam ruhdan düşən salyanlılar sonda daha iki qol buraxmaqla meydanı məğlub tərk etdilər. Nasimov dubla imza atıb, bombardirlər siyahısındakı mövqeyini daha da möhkəmləndirdiyi halda, komandası da zirvədəki yerini rahatlamış oldu. Matçdan sonrakı ən çox diqqətçəkən məqam isə Muğan`ın bosniyalı çalışdırıcısı Almir Hurtiçin vəzifəsindən istefa verdiyini bəyan etməsi idi.
 
Bakı – Qarabağ matçı turun mərkəzi görüşü sayılırdı və Vinfrid Şeferin komandası uğursuz zolaqdan çıxmaq üçün mütləq qələbə qazanmalıydı. Rəqib komandanın bu oyuna lazımı şəkildə hazırlaşa bilməməsi də meydan sahiblərinə əlavə üstünlük verirdi. Həm də ilk dövrədə Qurban Qurbanovun komandası bu rəqibi üzərində 2:0 hesablı qələbəyə sevindiyindən, zolaqlılar qisas almaq istəyirdi. Onların bu revanş cəhdi bəhrəsiz qalmadı və Qarabağ turu məğlubiyyətlə başa vurdu.
 
Xəzər Lənkəran`ın Simurq`la ev oyununda asan qələbə qazanacağı gözlənilsə də, Qyoko Haciyevskinin komandası kifayət qədər ciddi müqavimət göstərməyi bacardı. Hər halda Mirça Rednikin komandası yalnız matçın sonlarına vurulan bir qolla qələbə qazandı ki, bu da müəyyən mənada gözlənilməz sayılmalıdır.
 
Nəhayət turun qapanış matçında son çempion İnter doğma meydanda Qəbələ ilə qarşılaşdı. Mövsümə uğursuz başlamasına baxmayaraq, son turlarda məğlubiyyət üzü tanımayan Toni Adamslı bölgə təmsilçisi çempiona da sərt üzünü göstərdi. İlk dövrədə bakılılara yenilən Qəbələ təmsilçisi bu dəfə ən azı 1 xal almasıyla təsəlli tapa bilər.
 
 
Muğan - Neftçi - 0:3
 
13 noyabr 2010. Saat 14:00. Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Ramiz Əsədov
Dördüncü hakim: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Orucəli Durmuşov
Sarı vərəqələr: Miloş Zeçeviç, 9; Novruz Məmmədov 13; Tural Axundov, 49; Ekrem Hodziç, 75 // Alessandro Viano da Silva, 18; Emil Mpenza, 20; Bahodir Nasimov, 29; Mirhüseyn Seyidov, 48
Qollar: Bahodir Nasimov, 29; 80; Rəşad Abdullayev, 90+2
İstifadə olunmamış penalti: Bahodir Nasimov, 16
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 3 dəq.
Muğan: 22. İrfan Feyziç, 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 7. Elnur Abdullayev (k), 8. Tural Axundov, 9. Elşən Məmmədov, 11. Dan Pisla (10. Saşko Pandev, 67), 18. Davit Svanadze, 23. İliya Prodanoviç (77. Reis Klaudinei, 46), 26. Ekrem Hodziç, 30. Angel Qutierrez.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 6. Taqim Novruzov, 17. Ravi Rəhmanov, 19. Zaur Əsədov
34. Cavad Mirzəyev.
Baş məşqçi: Almir Hurtiç.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 9. Flavio Aleks Valensio (11. Cavid Hüseynov, 17), 10. Emil Mpenza (25. Cavid İmamverdiyev, 57), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva, 19. Mirhüseyn Seyidov (28. Amit Quluzadə, 75), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 7. Fərid Quliyev, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Arif Əsədov.
 
Xəzər Lənkəran - Simurq – 1:0
 
13 noyabr 2010. Saat 16:00. Lənkəran şəhər mərkəzi stadionu. 7500 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: İlham Əliyev, Munis Abdullayev
Dördüncü hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Elvin Beqiri, 56; Alim Qurbanov, 72 // Elnur Abbasov, 66
Qol: Alim Qurbanov, 72
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Adrian İordaçe, 8. Konstantin Arbanas (18. Alim Qurbanov, 29), 10. Xaqani Məmmədov, 12. Allan Lalin, 14. Rahid Əmirquliyev, 21. Radomir Todorov, 30. Katalin Doman (11. Asif Məmmədov, 65), 77. Stelian Stanku (17. Ramazan Abbasov, 89).
Ehtiyat oyunçular: 31. Denis Romanovs, 7. Ruslan Poladov, 19. Fikrət Ulduzlu, 20. Amid Hüseynov.
Baş məşqçi: Mirça Rednik.
Simurq: 22. Adnan Hodziç, 3. Rasim Ramaldanov (k), 5. Elvin Yunusov, 14. Anar Həsənli, 8. Qərib İbrahimov, 20. Elnur Abbasov (18. Elnur Yusifov, 85), 17. Rüstəm Məmmədov, 7. Samir Əliyev, 10. Vasif Əliyev (11. Yasin Abbasov, 70), 15. Elvin Musazadə (27. Ramil Sayadov, 46), 23. Elçin Xəlilov.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 9. Əli Bağırov, 19. Azər Səfərli, 2. Elşən Əliyev.
Baş məşqçi: Cokiça Hadziyevski.
 
Bakı - Qarabağ - 2:0
 
13 noyabr 2010. Saat 16:00. T.Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Vaqif Musayev
Dördüncü hakim: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Marko Şarliya, 70; Junior Osvaldo, 75; Joel Epalle, 86
Qollar: Stefan Borbikoni, 17; Leonardo Roşa, 90+3
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
Bakı: 1. Marko Şarliya, 5. Stefan Borbikoni, 8. Ernad Skuliç, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 29. Əziz Quliyev, 30. İbrahim Karqbo (32. Aleksey Savinov, 46), 55. Junior Osvaldo, 77. Aleksandar Soliç (10. Joel Epalle, 78), 85. Joao Silvinyo de Karvalyo (9. Vaqif Cavadov, 86), 99. Leonardo Roşa.
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 2. Saşa Kaykut, 6. Dare Nibombe, 7. Mahmud Qurbanov.
Baş məşqçi: Vinfrid Şefer.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev (11. Rauf Əliyev, 64), 4. Zaur Həşimov, 6. Rəşad Sadiqov, 9. Elvin Məmmədov, 16. Rəşad Kərimov (7. Namiq Yusifov, 46), 17. Vüqar Nadirov, 24. Admir Teli, 25. Ansi Aqolli, 72. Devran Ayhan (8. Aslan Kərimov, 85), 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Aftandil Hacıyev, 21. Murad Sattarlı, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
 
İnter - Qəbələ - 0:0
 
13 noyabr 2010. Saat 18:00. “Şəfa” stadionu. 500 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Roman Vasilyev, Yaşar Abbasov
Dördüncü hakim: Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqə: Arif Daşdəmirov, 90+2 // Milan Antiç, 31; Deon Barton, 34; Abdulkader Kamara, 83
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
İnter: 72. Dmitri Kramarenko, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (77. Daniel Genov, 87), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Odikadze (88. Kaxaber Mjavanadze, 70), 21. Arif Daşdəmirov, 32. Robertas Poşkus, 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 42. Səlahət Ağayev, 4. Danildo Assioli, 9. Rövşən Əmiraslanov, 23. Şəhriyar Rəhimov, 84. Filipe Maçado.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ: 12. Pavel Dorosevs, 3. Nodar Məmmədov, 6. Lyuba Baranin (k), 8. Bruno da Silva (7. Yaşar Abuzərov, 71), 10. Deon Barton, 14. Milan Antiç, 16. Abdulkader Kamara, 17. Arif İsayev, (9. Bruno dos Anjos, 87), 20. Kristian Torres (11. Terri Kuk, 57), 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sergey Sokolov, 15. Razvan Tarlea, 26. Namiq Əliyev.
Baş məşqçi: Toni Adams.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.